AZ

Xüsusi nümayəndə: Zəngilan şəhərində və Cəbrayılın Şükürbəyli kəndində tikinti işləri başa çatır  

Hazırda Zəngilan şəhərində və Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir. Cəbrayıl rayonunun Soltanlı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərində isə tikinti işləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, bölgədə Azərbaycanın inkişafının yeni modellərindən biri formalaşır. Artıq keçmiş məcburi köçkünlər yenidən qurulan Zəngilan rayonunun Ağalı, Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhər 1-ci yaşayış kompleksində və Horovlu kəndində məskunlaşıblar.

Seçilən
6
9
azerbaijan-news.az

10Mənbələr