AZ

Azad edilmiş rayonların bu kəndlərində tikinti aparılır

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hazırda Zəngilan şəhərində və Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir. Cəbrayıl rayonunun Soltanlı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərində isə tikinti işləri davam etdirilir.

"Unikal" xəbər verir ki, bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, bölgədə Azərbaycanın inkişafının yeni modellərindən biri formalaşır. Artıq keçmiş məcburi köçkünlər yenidən qurulan Zəngilan rayonunun Ağalı, Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhər 1-ci yaşayış kompleksində və Horovlu kəndində məskunlaşıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
8
unikal.az

10Mənbələr