EN

Zəngilanın azad edilməsi ilə Qarabağ Zəfərinin hərbi-siyasi mənzərəsi tamamlandı - Hərbi prokuror

Zəngilan. Trend:

Zəngilanın azad edilməsi ilə ölkəmizin geosiyasi gücü artdı vəQarabağ Zəfərinin hərbi-siyasi mənzərəsi tamamlandı.

Trend xəbər verir ki, bunu bugün "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusundakonfransda Azərbaycanın Hərbi prokuroru Bəhruz Əhmədov deyib.

O bildirib ki, bu gün bu torpaqda dalğalanan üçrəngli bayraq,dövlətimizin suverenliyinin, xalqımızın birliyinin və igidoğullarımızın qanı ilə yazılmış qələbənin rəmzidir:

"Bu qələbənin əsas dayağı və şərəf simvolu, əlbəttə ki,Azərbaycan Ordusudur. Ordumuzun mərdliyi, rəşadəti, fədakarlığı vəVətən sevgisi qarşısında dərin ehtiramla baş əyirik. Əsgərdənzabitə, hər bir döyüşçü öz qanı və canı ilə bu torpaqların azadlığıvə dövlətin bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərdi.Onların igidliyi, andına sadiqliyi, dövlətə və xalqa sədaqəti Zəfərtariximizin qızıl səhifələrinə yazıldı. Azərbaycan əsgəri döyüşmeydanında təkcə silahla deyil, imanla, ruhla və haqq inamı iləvuruşdu.
O, Vətən uğrunda can verərkən xalqına qürur, gələcək nəsillərəazadlıq miras qoydu".

Hərbi prokuror qeyd edib ki, müharibə günlərində Baş prokurorraket atəşinə məruz qalan Gəncə və Bərdə şəhərlərinə, həmçinin hələaktiv döyüşlərin getdiyi vaxtda, son dərəcə təhlükəli şəraitdəTərtər rayonuna şəxsən səfər edib:

"Hadisə yerlərində vəziyyəti qiymətləndirmiş, 30-a yaxın səfirvə müavinləri, 19 nəfər diplomatik korpusun digər əməkdaşları, eynizamanda yerli və xarici medianın 30 dan artıq nümayəndələrininiştirakı ilə brifinqlərdə Azərbaycan reallıqlarını əsaslı faktlarlatəqdim edib".

Chosen
65
8
az.trend.az

10Sources