AZ

“Zəngilanın azad edilməsi ilə ölkəmizin geosiyasi gücü artdı” Fotolar

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Zəngilanın azad edilməsi ilə ölkəmizin geosiyasi gücü artdı və Qarabağ Zəfərinin hərbi-siyasi mənzərəsi tamamlandı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri hərbi prokuror Bəhruz Əhmədov “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, bu gün bu torpaqda dalğalanan üçrəngli bayraq, dövlətimizin suverenliyinin, xalqımızın birliyinin və igid oğullarımızın qanı ilə yazılmış qələbənin rəmzidir:

“Bu qələbənin əsas dayağı və şərəf simvolu, əlbəttə ki, Azərbaycan Ordusudur. Ordumuzun mərdliyi, rəşadəti, fədakarlığı və Vətən sevgisi qarşısında dərin ehtiramla baş əyirik. Əsgərdən zabitə, hər bir döyüşçü öz qanı və canı ilə bu torpaqların azadlığı və dövlətin bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Onların igidliyi, andına sadiqliyi, dövlətə və xalqa sədaqəti Zəfər tariximizin qızıl səhifələrinə yazıldı. Azərbaycan əsgəri döyüş meydanında təkcə silahla deyil, imanla, ruhla və haqq inamı ilə vuruşdu.  O, Vətən uğrunda can verərkən xalqına qürur, gələcək nəsillərə azadlıq miras qoydu”.

Hərbi prokuror qeyd edib ki, müharibə günlərində Baş prokuror raket atəşinə məruz qalan Gəncə və Bərdə şəhərlərinə, həmçinin hələ aktiv döyüşlərin getdiyi vaxtda, son dərəcə təhlükəli şəraitdə Tərtər rayonuna şəxsən səfər edib:

“Hadisə yerlərində vəziyyəti qiymətləndirib, 30-a yaxın səfir və müavinləri, 19 nəfər diplomatik korpusun digər əməkdaşları, eyni zamanda yerli və xarici medianın 30 dan artıq nümayəndələrinin iştirakı ilə brifinqlərdə Azərbaycan reallıqlarını əsaslı faktlarla təqdim edib”, - Bəhruz Əhmədov əlvaə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
8
qafqazinfo.az

10Mənbələr