AZ

"Onlar Vətən uğrunda can verərkən xalqına qürur, gələcək nəsillərə azadlıq miras qoydu" - hərbi prokuror


Respublikanın hərbi prokuroru Bəhruz Əhmədov noyabrın 5-də "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda konfransında çıxış edərək, mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Zəngilanın azad edilməsi ilə Azərbaycanın geosiyasi gücü artdı və Qarabağ zəfərinin hərbi-siyasi mənzərəsi tamamlandı.
"Əlbəttə, bu qələbənin əsas dayağı və şərəf simvolu Azərbaycan Ordusudur. Silahlı Qüvvələrimizin mərdliyi, rəşadəti, fədakarlığı və Vətən sevgisi qarşısında dərin ehtiramla baş əyirik.
Əsgərdən zabitə hər bir döyüşçü öz qanı və canı ilə bu torpaqların azadlığı və dövlətin bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Onların igidliyi, andına sadiqliyi, dövlətə və xalqa sədaqəti Zəfər tariximizin qızıl səhifələrinə yazıldı. Azərbaycan əsgəri döyüş meydanında təkcə silahla deyil, imanla, ruhla və haqq inamı ilə vuruşdu. Onlar Vətən uğrunda can verərkən xalqına qürur, gələcək nəsillərə azadlıq miras qoydu".

Mətləb

Seçilən
12
3
baki-xeber.com

10Mənbələr