Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il oktyabr ayının 1-i tarixinə 15 milyard 545 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 3% çoxdur.
Hesabata görə, cəmi biznes kreditləri portfelinin 450,9 mln. manatı və ya 2,9%-i qeyri-işlək kreditlər olub.
Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 256.4 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 250 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 620 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 418 mln. manatı isə mikro sahibkarlığa verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!