AZ

Kiçik sahibkarlara verilən kreditlərin həcmi 1.6 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il oktyabr ayının 1-i tarixinə 15 milyard 545 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 3% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 450,9 mln. manatı və ya 2,9%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 256.4 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 250 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 620 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 418 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
4
1
banco.az

10Mənbələr