EN

Qriqoryan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hazırda Rusiyadan Ermənistana taxıl daşıyan qatar artıq Azərbaycandan Gürcüstan istiqamətində keçir.

Musavat.com xəbər verir ki, bu barədə “Armenpress” agentliyinə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan məlumat verib.

"Rusiyadan Ermənistana gedən taxıl qatarı artıq Azərbaycandan keçərək Gürcüstana gedir. Rusiya taxılını daşıyan qatar tezliklə Ermənistana çatacaq. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işləri nə qədər yüksək qiymətləndirirəm. Bu tədbir qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin irəliləməsi baxımından böyük əhəmiyyət kəsb edir", - o deyib.

Musavat.com

Chosen
18
1
musavat.com

10Sources