AZ

Qriqoryan rəsmi Bakıya təşəkkür etdi

Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçməsində rəsmi Bakının göstərdiyi səyləri yüksək qiymətləndirib və təşəkkür edib.

"Yeni Sabah" xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan yaxın zamanda qatarın Ermənistana çatacağını bildirib:

"Hazırda qatar Gürcüstan ərazisinə daxil olur və tezliklə Ermənistana çatacaq. Bu fürsətdən istifadə edərək, azərbaycanlı və rusiyalı vəzifədaşlarımın bu istiqamətdə gördüyü işi yüksək qiymətləndirdiyimi qeyd etmək istərdim. Bu hadisə qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün böyük əhəmiyyət kəsb edir". pizza mizza

Xatırladaq ki, Ermənistana yük daşınmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasından sonra ümumi çəkisi 1048,8 ton olan 15 vaqon buğda daşıyan qatar Rusiyadan Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana yola düşüb.


Telegram kanalımız
Seçilən
5
6
yenisabah.az

10Mənbələr