AZ

Qriqoryan Azərbaycana təşəkkür etdi – FOTO

Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçməsində rəsmi Bakının göstərdiyi səyləri yüksək qiymətləndirib və təşəkkür edib.

NOCOMMENT.az milliaz-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

O qeyd edib ki, yaxın zamanda qatar Ermənistana çatacaq.

“Hazırda qatar Gürcüstan ərazisinə daxil olur və tezliklə Ermənistana çatacaq. Bu fürsətdən istifadə edərək, azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işi yüksək qiymətləndirdiyimi qeyd etmək istərdim. Bu hadisə qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün böyük əhəmiyyət kəsb edir”, – M.Qriqoryan bildirib.

Qeyd edək ki, Ermənistana yük daşınmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasından sonra ümumi çəkisi 1048,8 ton olan 15 vaqon buğda daşıyan qatar Rusiyadan Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana yola düşüb.

Seçilən
5
6
nocomment.az

10Mənbələr