EN

Azərbaycan derbisi: İndiyədək 13 avtoqol yaşanıb

Bakı. Trend:

"Qarabağ" və "Neftçi" arasında indiyə qədər keçirilən bəzimatçlarda tərəflər avtoqollara görə də məyusluq yaşayıb.

Trend Peşəkar FutbolLiqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalararasında baş tutan oyunlarda qeydə alınan avtoqollarınstatistikasını açıqlanıb.

İlk avtoqol – Səttar Əliyev (“Qarabağ”)– 14.11.1999. “Neftçi” –“Qarabağ” – 2:0

“Neftçi”nin ilk avtoqolu – Jairo Rodriges – 21.08.2016.“Qarabağ” – “Neftçi” – 3:0

İki avtoqol (ardıcıl iki oyunda) edən yeganə futbolçu – JairoRodriges (“Neftçi”)– 21.08.2016. “Qarabağ” – “Neftçi” – 3:0,25.10.2016. “Neftçi” – “Qarabağ” – 0:2

Ümumi avtoqol sayı – 13

“Neftçi”nin avtoqolları – 8

“Qarabağ”ın avtoqolları – 5

İki avtoqol olan yeganə oyun – 21.05.2022. “Qarabağ” – “Neftçi”– 4:1, İvan Brkiç və Fərid Yusifli (hər ikisi “Neftçi”)

Eyni oyunda həm öz, həm rəqib qapısına qol vuran yeganə oyunçu –Mateus Saldanya – 02.05.2023. “Neftçi” – “Qarabağ” – 2:4

Derbilərdəki ilk üç avtoqola “Qarabağ”, son beş avtoqola“Neftçi” imza atıb.

4 dəfə meydan sahibləri, 9 dəfə qonaq komanda avtoqol edib.“Qarabağ” evdə 1, səfərdə 4, “Neftçi” evdə 3, səfərdə 5 avtoqolaüzülüb.

2016/2017-ci illər mövsümündə daha çox – 3 avtoqol qeydə alınıb.“Neftçi” üç fərqli matçda öz qapısına qol vurub.

Məqalədə:
Chosen
17
11
az.trend.az

10Sources