EN

“Ramiz Mehdiyevə villa bağışlamamışam” – Kəmaləddin Heydərov


“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Günün səsi”nə açıqlama verən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.
O bunu, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair yerli KİV-də yayılan iddialara münasibət bildirərkən söyləyib.
Chosen
6
24
yeniavaz.com

10Sources