EN

Avtobuslarda ilin sonunadək bank kartları ilə ödəniş edə biləcəyik -Rəsmi AÇIQLAMA

İlin sonunadək bütün marşrut avtobuslarında da NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, bu barədə BakıKart-dan məlumat verilib.

Bildirilib ki, bu addım sərnişinlərə metro və avtobuslarda eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq.

Qeyd edilib ki, bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur.

Xatırladaq ki, ötən gündən etibarən Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqqını NFC dəstəkli yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəmək mümkündür.

Chosen
13
2
redaktor.az

5Sources