EN

Lionel Messi DÇ-2026-da iştirak edəcək? - ARENA.AZ

“İnter Mayami”nin və Argentina yığmasının kapitanı Lionel Messi növbəti dünya çempionatında oynayıb-oynamayacağı ilə bağlı sualı cavablayıb.

Arena.az 38 yaşlı ulduz hücumçunun müvafiq cavabını təqdim edir:

“Milli komanda üçün oynamaq həmişə müstəsna duyğudur, dünya çempionatında isə daha da artıq. Düşünürəm, bu, müstəsna bir yarış olacaq: təşkilati baxımdan – yüksək səviyyədə, baxmayaraq ki, ABŞ, Kanada və Meksika arasındakı uçuşlar usandırıcı olacaq. Amma bəli, dünya çempionatında yenidən oynamağım, qazandığımız məqamımızı qorumağımız, bir daha iştirakım əla olardı”, deyə “Leo” xəyal edib.

Messi futbolda daha nəsə öyrənə biləcəyi ilə bağlı sualı da cavablayıb:

“Fikrimcə, öyrənmək həmişə olar. Öyrənməyə heç vaxt xitam vermirsən – nə futbolda, nə də ki həyatda. Öz imkanlarımı mütləq surətdə istifadə etməyə çalışıram – həm fiziki və həm də oyun baxımından. Bu da bir təlim nümunəsidir – öz məhdudiyyətlərinə bələd olmaq və bunlardan ən mütləq fayda götürmək”.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 45 oyuna 40 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 84 oyun, 74 qol və 37 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 195 oyun keçirib, 114 qol vurub və 63 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
31
21
arena.az

10Sources