AZ

Mareska yenə “Qarabağ”ı təriflədi - ARENA.AZ

“Çelsi”nin baş məşqçisi Entso Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər vetir ki, İngiltərə və Azərbaycan təmsilçiləri arasında ÇL-in Liqa mərhələsinin 4-cü turunun görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Entso Mareska 2:2 hesabıyla başa çatmış matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunlarıı söyləyib:

“Oyuna düzgün başladıq, qol da vurduq. Daha sonra iki qol buraxdıq. Özü də rəqib qol vuranda meydanda 10 nəfər idilər. Ona görə də müəyyən dəyişikliklərə getdik. Oyunun gedişi bunu labüd etdi. Çoxlu oyunçumuz var. Ona görə də bəzi futbolçulara istirahət vermək istədik. Bildiyiniz kimi, təqvimimiz çox sıxdır. Ona görə də rotasiyalar etməyə ehtiyac yaranır.

Fikrimcə, oyunçuların sağlamlığı qaydasındadır. Dəyişliklikləri etməkdə istəyimiz o idi ki, qələbə qazanaq. İkinci hissədə daha yaxşı oynadıq.

Əvvəldən də demişdim, “Qarabağ” çox gözəl komandadır. İki oyunda qələbə qazanmışdılar. “Atletik”lə matçda da yaxşı çıxış etmişdilər. Bizim üçün də çox çətin gecə oldu. “Qarabağ”da möhtəşəm işlər görürlər. Tribunalar da mükəmməl, atmosfer əla idi.

“Qarabağ”a qarşı daha ehtiyatlı oynamalıydıq. Axmaq qollar buraxdıq. Diqqətli olmağa borclu idik. Qələbə qazanmayanda, belə məyusedici anlar yaşayırsan. “Qarabağ” çox yaxşı pressinq etdi. İkinci hissədə dəyişikliklər etməkdə qələbə qazanmaq istəyirdik. Amma səhvlərimiz buna imkan vermədi. Bəzi oyunçularımın etdikləri səhvələr üzərində çalışacağıq.

Bizim heç birimiz bu cür olmasını istəmirdik. Amma Çempionlar Liqasında hər şey ola bilər. Bu gün bir xal qazandıq. Bundan sonrakı oyunları düşünməliyik”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
19
21
arena.az

10Mənbələr