EN

Rayan Qravenberx: “Liverpul”da hər şeydən razıyam”

“Liveprul”un niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberx “qırmızılar”ın düşərgəsindəki gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az niderlandlı futbolçunun müvafiq cavabını təqdim edir:

“Buradakı hər şeydən razıyam, odur ki, nə olacağını görəcəyik. Müqaviləmin yenilənməsi bağlı məsələni hələ qaldırmamışıq, amma bunu zaman göstərəcək”, deyə Qravenberx vurğulayıb.

Xatırladaq ki, Rayan Qravenberx futbola “Zebyurgiya” klubunda qədəm qoyub və buradan Niderland nəhəngi “Ayaks”ın düşərgəsinə yol taparaq, böyük futbolda debüt edib. Ardınca “Bayern”ə keçmiş Qravenberxi 2023-cü ilin sentyabrında “Liverpul” 40 milyon avro məbləğ müqabilində “qırmızılar”ın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun ingilis klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qravenberx “Liverpul”un heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ilə yadda qalıb.

Qravenberxin “qırmızılar” üçün çıxışının ümumi mənzərəsi isə 98 oyun, 12 qol və 13 məhsuldar ötürmədən ibarətdir.

Qravenberx 2021-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 23 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Rayan Qravenberxin qənimətlər muzeyində “Ayaks”la Niderland çempionluğu (3 dəfə) və Niderland Kuboku (2 dəfə), “Bayern”lə Almaniya Bundesliqası çempionluğu və Almaniya Super Kuboku, “Liverpul”la İngiltərə çempionluğu və İngiltərə Liqa Kuboku var. Həmçinin Qravenberx Niderlandın U-17 yığması ilə Avropa çempionu (2018) olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin trasnfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
10
3
arena.az

10Sources