EN

Rio Ferdinand Kazemironu təriflədi - ARENA.AZ

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand braziliyalı dayaq yarımmüdafiəçisi Kazemironun peşəkarllığını qiymətləndirib.

Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Kazemiro, mən sənə, bunu ətrafındakıların etməli olub etmədiyi mənzərəsində, bütün tənqidçilərini, ağızlarını yummağa məcbur etdiyin üçün bir insan kimi təşəkkür edirəm! Sadəcə xatırlayın ki, bu oğlan Çempionlar Liqasını beş dəfə qazanıb!”, deyə Rio Ferdinand vurğulayıb.

Xatırladaq ki, Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro məbləğ müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kazemiro bu mövsüm 9 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted” karyerası ümumilikdə 134 oyun, 20 qol və 13 məhsuldar ötürmədən ibarətdir. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la 2022/2023-cü illər mövsümündə İngiltərə Liqa Kubokunun və 2023/2024-cü illər mövsümündə İngiltərə Kubokunun qalibi olub.

Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 80 oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
11
21
arena.az

10Sources