Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Tbilisidə supermarket əməkdaşı olan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılıq törətməkdə ittiham olunan daha dörd nəfər saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:Tbilisidə azərbaycanlı gənclər döyüldü - VİDEO
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.Məlumata əsasən, saxlanılan şəxslərin birindən qanunsuz saxlanıldığı ehtimal edilən 2 avtomat silah və 110 patron maddi sübut kimi müsadirə olunub.Cinayət əməlini törətmiş daha bir şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. Soydaşlarımıza qarşı qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani ötən gün saxlanılıb. Törədilmiş cinayət əməli 9 ilədək həbs cəzası ilə cəzalandırılır.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.