EN

Nazirdən sığorta ilə bağlı iddialara CAVAB

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün dövlət büdcəsində 124 manatlıq sığorta haqqı nəzərə alınmaqla təxminən 7 milyon 500 min nəfər vətəndaş üçün vəsait ayrılıb. Yəni, xidmət göstərilən insan sayından daha çox şəxs üçün dövlət büdcəsi vəsait ayırır. Əlavə olaraq, 2 milyondan artıq əmək müqaviləsi ilə çalışan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və digər kateqoriyalardan olan vətəndaşlar da sığorta haqlarını özləri ödəyir.

Modern.az xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev deputatların suallarına cavab olaraq bir neçə komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Qanunvericiliyə edilən son dəyişikliklər əksinə, dövlətin öhdəliyini genişləndirir. Əvvəlki normada bəzi kateqoriyalar göstərilir, digərləri isə sığorta haqqını özü ödəməli olurdu. Amma bu ödənişlərin tətbiqi bəzi dövrlərdə dayandırılmış və ya dondurulmuşdu. Yeni dəyişikliklə isə dövlətin öhdəliyi əhəmiyyətli dərəcədə artırılır: əmək qabiliyyəti olmayan şəxslər, işsizlər, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar, tələbələr və digər geniş əhali qrupları birbaşa dövlətin təminatında olur”.

Nazir qeyd edib ki, öz hesabına sığortalanan şəxslər - rəsmi məşğul olan, əmək müqaviləsi ilə çalışanlar, sahibkarlar, kənd təsərrüfatı ilə məşğul olan ailə təsərrüfatları - qanunla müəyyən edilən qaydada öz haqlarını ödəyirlər.

“Yeganə istisna qeyri-formal məşğul olan şəxslərdir. Bu şəxslər qanunu pozaraq sahibkarlıq və ya əmək fəaliyyəti ilə məşğul olur, gəlirlərini gizlədir və qeydiyyatdan yayınırlar. Qanun bu şəxsləri məsuliyyət daşıyan kateqoriya kimi müəyyənləşdirir və onların sığortalanması yalnız öz vəsaitləri hesabına, bir dəfəlik ödənişlə mümkündür”.

“Bəzən səsləndirilən fikirlər var ki, guya bəlli qruplar sığortalanmayacaq – bu doğru deyil. Qanunvericilik çox dəqiq şəkildə göstərir ki, dövlətin sosial məsuliyyətində olan şəxslərin sığorta haqları dövlət tərəfindən ödənilir” – deyə S. Babayev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
2
modern.az

10Sources