EN

Azərbaycanda kiçik sahibkarlığa verilən kreditlərin həcmi artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,620 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici sentyabrın 1-i ilə müqayisədə 46,4 milyon manat və ya 2,9%, ötən ilin eyni dövrünə nisbətən isə 48 milyon manat və ya 3% artıb.

Xatırladaq ki, cari ilin sentyabr ayının 1-nə kiçik sahibkarlara verilən kreditlərin həcmi 1,573 milyard manat, 2024-cü ilin eyni tarixində isə 1,572 milyard manat olub.

Ümumilikdə, 2025-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 15,545 milyard manat təşkil edib. Bu isə aylıq müqayisədə 452,8 milyon manat (3%), illik müqayisədə isə 1,1 milyard manat (7,9%) artım deməkdir.

Fuad Mədətov
Finss.az

Chosen
8
3
fins.az

10Sources