EN

Ağac avtomobilin üzərinə aşdı -VİDEO

Bakı şəhəri Nərimanov rayonunda ağac avtomobilin üzərinə aşıb.

XəzərNews.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, ağac 99 EF 284 nömrə nişanlı "Mersedes-Benz" markalı avtomobilin üzərinə aşaraq onu yararsız hala salıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağac kəsilərək ərazidən götürülüb.

Sözügedən hadisənin görüntüsünü təqdim edirik:



Xəbər 1 dəfə oxunub.
Chosen
32
2
xezernews.az

5Sources