Bakı şəhəri Nərimanov rayonunda ağac avtomobilin üzərinə aşıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, ağac 99 EF 284 nömrə nişanlı “Mersedes-Benz” markalı avtomobilin üzərinə aşaraq onu yararsız hala salıb.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağac kəsilərək ərazidən götürülüb.