Bakı şəhəri Nərimanov rayonunda ağac avtomobilin üzərinə aşıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilib.
Belə ki, ağac 99-EF-284 nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobilin üzərinə aşaraq onu yararsız hala salıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağac kəsilərək ərazidən götürülüb.
Sözügedən hadisənin görüntüsünü təqdim edirik:
"Cebheinfo.az"