EN

Qubanın icra başçısı müğənnilərə nə qədər pul ödəyəcək?

ain.az bildirir, Tribuna saytına əsaslanaraq.

Quba İcra Hakimiyyəti Zəfər Günü ilə əlaqədar rayonda tədbir keçirməyi planlaşdırıb. Tribunainfo.az xəbər verir ki, bununla bağlı tender keçirilib və nəticəsi açıqlanıb.

Məlum olub ki, Zəfər günü ilə bağlı keçirilən tədbir xidmətlərinin satın alınması məqsədi ilə Quba İcra Hakimiyyəti “LAGUNA GROUP” MMC ilə anlaşıb. Belə ki, Zəfər Günü tədbirinə İcra Hakimiyyəti 181 min 580 manat xərcləyəcək.

Araşdırma zamanı məlum olub ki, Quba İcra Hakimiyyəti rayonda 120 dəqiqəlik tədbir düzənləyəcək. bir sıra dekorasiya və səhnə işləri ilə yanaşı, 20 nəfər müğənni də dəvət edilib. Onların arasında əməkdar və xalq artistləri də olacaq.

Maraqlıdır, görəsən, Qubanın icra başçısı İlqar Mahmudov 20 müğənniyə nə qədər pul xərcləyəcək? Yəni, tender nəticəsində ayrılan 181 min manatın nə qədəri müəğnnilərə veriləcək?

Qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
2
tribunainfo.az

3Sources