EN

Türkiyə ordusu “Panter”lə gücünü artırdı – FOTO

Türkiyə Silahlı Qüvvələri 5 noyabr 2025-ci il tarixində inteqrasiya edilmiş 155 millimetrlik T-155 TTA Panter haubitsanı rəsmi olaraq silahlanmaya daxil edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "SavunmaSanayiST" məlumat yayıb.
 
Artilleriya sistemi "Panther" yedəkli haubitsasına əsaslanır və MKE tərəfindən modernləşdirilib.
 
O, BMC tərəfindən hazırlanıb və ASELSAN atəş idarəetmə sistemi ilə təchiz olunmuş 8x8 təkərli şassi üzərində quraşdırılıb. Yüksək mobilliyi və müasir elektron sistemləri sayəsində "Panther" sürətli yerləşdirmə və uzun məsafələrə dəqiq atəş təmin edir.

Chosen
14
2
moderator.az

10Sources