Noyabrın 7-də Heydər Əliyev Su Anbarına 300 min ədəd sazan balığı körpəsi buraxılıb.
NOCOMMENT.az xəbər verir ki, bu tədbir biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə həyata keçirilib.
Qeyd edək ki, ekoloji tədbir “Konstitusiya və Suverenlik İli”nə və 8 Noyabr-Zəfər Gününə həsr olunub.
