ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Heydər Əliyev Su Anbarına 300 min ədəd sazan balığı körpəsi buraxılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu tədbir biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə həyata keçirilib.
Qeyd edək ki, ekoloji tədbir "Konstitusiya və Suverenlik İli"nə və 8 Noyabr-Zəfər Gününə həsr olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.