AZ

Naxçıvanda Heydər Əliyev Su Anbarına 300 min balıq körpəsi buraxılıb

Naxçıvan, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Heydər Əliyev Su Anbarına 300 min ədəd sazan balığı körpəsi buraxılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu tədbir biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə həyata keçirilib.

Qeyd edək ki, ekoloji tədbir "Konstitusiya və Suverenlik İli"nə və 8 Noyabr-Zəfər Gününə həsr olunub.

 

Seçilən
2
3
azertag.az

4Mənbələr