EN

Türkiyə Netanyahunun həbsi barədə order verdi

İstanbul Baş Prokurorluğu İsrailin Baş naziri Binyamin Netanyahu barədə həbs qərarı verib.

Metbuat.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğundan açıqlama verilib. Açıqlamada deyilir ki, "insanlığa qarşı cinayətlər" və "soyqırım" ittihamları ilə Netanyahu da daxil olmaqla 37 nəfər barəsində həbs qərarı verilib. Onların arasında İsrailin müdafiə naziri İsrael Katz, milli təhlükəsizlik naziri İtamar Ben Qvir, baş qərargah rəisi Eyal Zamir, hərbi dəniz qüvvələri komandanı David Saar Salama və digərləri var. Açıqlamada deyilir ki, İsrail dövlətinin Qəzzada törətdiyi sistematik soyqırımı və insanlığa qarşı cinayətlər nəticəsində minlərlə mülki şəxs həyatını itirdiyi, minlərlə insan yaralandığı və yaşayış məntəqələrinin yararsız hala düşdüyü müəyyən edilib.

Chosen
42
4
metbuat.az

5Sources