AZ

Türkiyədə Netanyahunun həbsinə order verildi


İstanbul Baş Prokurorluğu İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail hökumətinin bir neçə üzvü və hərbi rəhbərliyi üçün soyqırım ittihamları ilə həbs orderləri verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İdarə məlumat yayıb. 
“Prokurorluğun tələbi ilə İstanbuldakı cinayət işləri üzrə növbətçi hakim, Türkiyə Cinayət Məcəlləsinin 77-ci maddəsi ilə insanlığa qarşı cinayətlər və Türkiyə Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə soyqırım ittihamları ilə İsrail Baş naziri Benyamin Netanyahu, Müdafiə naziri İsrael Katz, İsrail Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir, İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir və İsrail Hərbi Dəniz Qüvvələrinin komandanı David Sa'ar Salama da daxil olmaqla 37 şübhəli üçün həbs orderləri verib”, - məlumatda deyilib.
Seçilən
6
4
yeniavaz.com

5Mənbələr