AZ

Türkiyə Netanyahunun həbsinə order VERDİ

İstanbul Prokurorluğu Qəzza sektorunda insanlığa qarşı sistemli cinayətlər və beynəlxalq humanitar hüququn pozulması ilə bağlı İsrailin yüksək vəzifəli rəsmilərinə qarşı cinayət işi başladıldığını elan edib.

Bizim.Media xəbər verir ki, prokurorluğun açıqlamasına görə, İsrail ordusunun mülki obyektlərə, xəstəxanalara və humanitar missiyalara hücumları, həmçinin Qəzza sektorunun blokadası ilə bağlı aparılan istintaq çərçivəsində beynəlxalq konvensiyaların kütləvi şəkildə pozulmasını təsdiqləyən sübutlar toplanıb.
 

İstintaqın nəticəsi olaraq İstanbul məhkəməsi baş nazir Binyamin Netanyahu, müdafiə naziri İsrael Kats, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, Baş Qərargah rəisi Eyal Zamir və Hərbi Dəniz Qüvvələrinin komandanı David Saar Salamar daxil olmaqla 37 İsrail rəsmisi barəsində həbs orderləri verib.


Prokurorluq onların əməllərini “soyqırım”, “hərbi cinayətlər” və “insanlığa qarşı cinayətlər” kimi qiymətləndirib.

Bizim.Media

Seçilən
5
4
bizim.media

5Mənbələr