Bakı. Trend:
Türkiyənin “Qalatasaray” klubu Argentina yığmasının və ABŞ-nin“İnter Mayami” komandasının hücumçusu Lionel Messinin transferi iləmaraqlanır.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Mətbuatın məlumatına görə, Türkiyə klubu hücumçu ilə ABŞ-ninƏsas Futbol Liqasında (MLS) mövsümlərarası fasilə dövründə dördaylıq qısamüddətli icarə müqaviləsi bağlamaq istəyir.
MLS-də müntəzəm çempionat oktyabrda başa çatacaq, "pley-off"mərhələsi dekabra qədər davam edəcək, bundan sonra yeni mövsümədəkliqada dörd ay davam edən fasilə olacaq.
Qeyd olunur ki, məhz bu fasilə Messinin 2026-cı il dünyaçempionatı öncəsi formasını qorumaq məqsədilə “Qalatasaray”a keçidərazılıq verməsinə səbəb ola bilər.