EN

Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Günü ilə bağlı paylaşım etdi


Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

“5 il əvvəl Qarabağda böyük zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın 8 noyabr - Zəfər Gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq. Türkiyə və Azərbaycan daim “Bir millət, iki dövlət” olaraq birlikdə olmağa davam edəcək”, - deyə nazirliyin “X” hesabındakı paylaşımda qeyd olunub.

Chosen
20
17
baki-xeber.com

10Sources