EN

Həmin şəxslər məşğulluq tədbirlərinə cəlb edildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərinə köçürülmüş sakinlərdən artıq 600-dək şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

"Cebheinfo.az" xəbər verir ki, onlardan 587 nəfərin məşğulluğu təmin edilib (o cümlədən, 26 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 7 nəfər isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır.

Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

"Cebheinfo.az" 

Chosen
25
19
cebheinfo.az

10Sources