EN

Bakıda 4 obyektdə eyni anda YANĞIN OLDU

Bakının Sabunçu rayonunda bir dam altında tikilən müxtəlif obyektlərdə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, bir dam altında tikilən ümumi sahəsi 140 m² olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan dönərxana, bitişik sahəsi 15 m² olan ət mağazasının yanar konstruksiyaları, sahəsi 25 m² olan parfumeriya mağazası 10 m², sahəsi 80 m² olan fotostudiya 5 m² sahədə yanıb və lambirdən ibarət tavanı 75 m² sahədə əriyib.

Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

Chosen
18
11
bizim.media

10Sources