“Maklaren” komandasının pilotu Lando Norris Braziliya Qran-Prisinin sıralanma mərhələsində ən sürətli nəticə göstərib.
90deqiqe.Az-ın məlumatına görə, ikinci yeri “Mersedes” pilotu Andrea Kimi Antonelli, üçüncü yeri isə “Ferrari” sürücüsü Şarl Lekler tutub. Norrisin komanda yoldaşı Oskar Piastri dördüncü nəticə ilə yekunlaşdırıb.
“Ferrari”nin yeddiqat dünya çempionu Lüis Hemilton isə yalnız 13-cü pillədə qərarlaşıb. “Red Bull” komandasının dördqat və hazırkı dünya çempionu Maks Ferstappen 16-cı nəticə ilə kifayətlənib və 2021-ci ildən bəri ilk dəfə sıralanma turunun birinci seqmentini keçə bilməyib.
Formula 1. Braziliya Qran-Prisi. Sıralanma turunun nəticələri:
Lando Norris (“Maklaren”) — 1:09.511
Andrea Kimi Antonelli (“Mersedes”) +0.174
Şarl Lekler (“Ferrari”) +0.294
Oskar Piastri (“Maklaren”) +0.375
İsak Hadjar (“Racing Bulls”) +0.420
Corc Rassell (“Mersedes”) +0.431
Liam Lauson (“Racing Bulls”) +0.451
Oliver Berman (“Haas”) +0.466
Pyer Qasli (“Alpin”) +0.491
Niko Hyülkenberq (“Kick-Sauber”) +0.528