EN

Trampın uşaqlıq evi satılır

ain.az, Lent az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Trampın həyatının ilk dörd ilini keçirdiyi ev 2.3 milyon dollara satışa çıxarılıb.Lent.az xarici mediaya istinadla xəbər verir ki, Nyu-York ştatının Kvins bölgəsində, "Jamaica Estates" məhəlləsində yerləşən evi 1940-cı ildə prezidentin atası Fred Tramp inşa edib.Donald Tramp dörd yaşına çatdıqda ailə yaxınlıqdakı başqa bir evə köçüb.

Evin beş yataq otağı var, ümumi sahəsi təxminən 232,3 kvadratmetrdir, əlavə olaraq 93 kvadratmetr sahəyə malik zirzəmisi də mövcuddur.

Mülk bir neçə dəfə sahiblərini dəyişib, 2008-ci ildə 782,5 min dollara, 2016-cı ildə 1,4 milyon dollara, 2017-ci ildə isə 2,14 milyon dollara satılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
5
lent.az

10Sources