Ajans.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, zəlzələnin episentri İvate prefekturasının şərqində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Yaponiyanın şimal-şərq sahilləri üçün müvəqqəti sunami xəbərdarlığı edilib, lakin zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.