EN

Şəkidə DƏHŞƏTLİ qəza: 6 nəfərin vəziyyəti ağırdır

Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 09.11.2025-ci il tarixində saat 20:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub. Ajans.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onların müayinəsi və müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Xəstələrin vəziyyəti ağır qiymətləndirilir.

Chosen
17
1
Ajans.az

10Sources