EN

Qubada toy karvanında faciə - Ölən və yaralanan var (FOTO)

Qubada avtomobil ağaca çırpılıb.

"Unikal"ın məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun, Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, toy karvanında olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca

Chosen
20
23
unikal.az

10Sources