Hindistanın paytaxtı Yeni Dehlidə baş verən partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb.
"Bu axşam tarixi Qırmızı Qala yaxınlığında avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb", - məlumatda deyilir.
Partlayışın yaxınlığındakı avtomobillər də yanıb və xeyli maddi ziyan dəyib.
Hadisə yerinə 25 yanğınsöndürən maşın cəlb olunub. Partlayışın səbəbi hələlik məlum deyil.
Lal Qila kimi də tanınan Qırmızı Qala ərazisi paytaxtın ən məşhur turizm məkanlarından biridir.
Ağarza Elçinoğlu