AZ

Hindistanda partlayış olub- ÖLƏNLƏR VAR

Hindistanın paytaxtı Yeni Dehlidə tarixi Qırmızı qala yaxınlığında avtomobilin partladılması nəticəsində bir neçə nəfər yaralanıb.
ONN media xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində yaxınlıqda olan üç-dörd maşın yanıb və yararsız vəziyyətə düşüb. Hadisə yerinə 20-yə yaxın yanğınsöndürən maşın göndərilib, polis bütün ərazini mühasirəyə alıb.
***
Hindistanın Dehli şəhərində avtomobildə baş verən partlayış nəticəsində səkkiz nəfər həyatını itirib, 24 nəfər isə xəsarət alıb.
***
Köhnə Dehli rayonunda partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Bundan əlavə, partlayışda ən azı 22 avtomobil və avtorikşa yanaraq yararsız hala düşüb
Seçilən
4
2
onn.az

10Mənbələr