EN

Bakıda soyğunçuluq edənlər saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Paytaxt ərazisində oğurluq və soyğunçuluq edən 2 şəxs saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən restoranların birində bir nəfərin çantasından 500 manat pul oğurlanıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı S.Şahverdiyeva müəyyən olunaraq saxlanılıb.

Nizami rayonu ərazisində qeydə alınan soyğunçuluq hadisəsi zamanı isə bir nəfərin 450 manatını və mobil telefonunu talamaqda şübhəli bilinən 34 yaşlı A.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Chosen
29
9
hafta.az

10Sources