EN

Bakı–Qazax yolundakı sıxlıq aradan qaldırıldı – VİDEO

Bakı–Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.
 

"Sürücülərdən xahiş olunur ki, yol hərəkəti hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar", - deyə qurumdan bildirilib.


Xatırladaq ki, Bakı-Qazax yolunda avtomobillərin hərəkətinin istiqaməti təmir işlərinə görə dəyişdirilib. Bu səbəbdən noyabrın 9-da yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində nəqliyyat sıxlığı yaranıb.


Bizim.Media

Chosen
18
14
bizim.media

10Sources