Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Gədəbəyin Dördlər və Mormor kəndləri istiqamətində dağlıq ərazidə yanğın olub.Bakupost.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə həyata keçirilir.Əlavə məlumat veriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.