EN

İkinci Liqa: 8-ci turun son günündə də qonaqlar sevindilər

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

“Araz-Saatlı” “Şəmkir”i, “Göygöl” “Qaradağ Lökbatan”ı, “Şirvan” isə “Ağstafa Gəncləri”ni qəbul edib. İlk oyun günündə olduğu kimi, son günə təsadüf edən görüşlərdə də qonaqlar qalib gəliblər. Bir sözlə, tur meydan sahibləri üçün “qara” gəlib.

İkinci Liqa
8-ci tur

10 noyabr

“Ağdaş” – “Xankəndi” 0:4
Qollar: Elşad Manafov, 34. Sərxan Ağayev, 38; 45. Bəhruz Teymurov, 80.
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Ruslan Məmmədov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağdaş şəhər stadionu, 14:00.

“Kür-Araz” – “Şəki” 1:4
Qollar: Bayram Əliyev, 32 – Rauf Məhərrəmov, 14. Cavid İmamverdiyev, 16; 90-pen. Tahir Zeynalov, 20.
Hakimlər: Nahid Xasıyev, Sevda Nuriyeva, Sadiq Əliyev, Murad Səlimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Dinamo” – “Quba” 0:3
Qollar: Vidadi Cəfərov, 34; 78. Bəhram Köçərli, 87.
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Ruslan Babayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 14:00.

11 noyabr

“Araz Saatlı” – “Şəmkir” 0:4
Qollar: Tural Məmmədzadə, 16. Taleh Fərmanov, 27-pen; 66. İlkin Əliyev, 59.
Hakimlər: Kamil Aydınov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Sənan Bayramzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Göygöl” – “Qaradağ Lökbatan” 2:7
Qollar: Ziyabil Məmmədov, 68. Sənan Kərimov, 83 – Tofiq Nəsibov, 6-pen. Sabir Allahquliyev, 30. Elmin Əskərli, 34. Rövşən Şahmuradov, 60; 77. İlham Hüseynov, 76; 90+1.
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Hüseyn Vəliyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Şirvan” – “Ağstafa Gəncləri” 1:2
Qollar: Emil Məlikov, 90+3 – Elgün Namazov, 59. Eltac Hüseynov, 89.
Hakimlər: Nazim Abdullayev, Ağadur Mahmudov, Tural Bayramov, Ləman Əmirli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
24
27
arena.az

10Sources