EN

Qəzaya uğrayan təyyarənin qara qutusu Türkiyəyə gətirilib

Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin qara qutusu bu ölkəyə gətirilib.

XQ bu barədə  “Hürriyet”  qəzetinə istinadən xəbər verir.

"CNN Türk" telekanalı isə Gürcüstandan qara qutunu Türkiyəyə daşıyan təyyarənin artıq paytaxt Ankaraya eniş etdiyi məlumatını paylaşıb.

Telekanal həmçinin qara qutunun oxunmasının hadisənin baş vermə səbəbini üzə çıxaracağını da qeyd edib.

Xatırladaq ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsindəki hərbçilərin hamısı - 20 nəfər həlak olub, onlardan 19-nun cəsədi tapılıb.

Chosen
31
12
xalqqazeti.az

10Sources