15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) noyabrın 13-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız noyabrın 17-dən 24-dək Moldovanın paytaxtı Kişinyovda UEFA İnkişaf Turnirində çıxış edəcək.
Komandamız turnir çərçivəsində 3 oyun keçirəcək. Azərbaycan millisi Monteneqro, Bolqarıstan və Moldova yığmaları ilə qarşılaşacaq.
Artıq millimizin Bakı toplanışı üçün ilkin heyəti açıqlanıb. Moldovaya aparılacaq yekun heyət noyabrın 17-də müəyyənləşəcək.
U-15-in ilkin heyətini və UEFA İnkişaf Turnirindəki oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
- Oqtay Mehrəliyev – Qarabağ
- Yavər Əsgərli – Sabah
- Daniel Bayramari – Qəbələ
- Raul Əliyev – Qarabağ
- Ruhid Məmmədli – Qarabağ
- Məhəmmməd Ağamaliyev – Qarabağ
- Harun Əliyev – Neftçi
- Emil Quliyev – Neftçi
- Kənan Əzimov – Neftçi
- Yusif Kərimli – Ulduz
- Nihat Bəylərli – Ulduz
- Murad Zeynallı – Ulduz
- Xəzər Hüseynzadə – Sabah
- Həsən Məhmədov – Sabah
- Ramil Əmirquliyev – Qarabağ
- Səbran Muradlı – Qarabağ
- Murad Məmmədov – Sumqayıt
- Sübhan Əlizadə – Neftçi
- Həsən Mürşüdzadə – Qarabağ
- Qafar Babayev – Neftçi
- Abbas Məmmədli – Qarabağ
- Həsən Ramazanov – Sabah
- İbrahim Rza – Qarabağ
- Rəsul Qurbanlı – Ulduz
- Amin Tağıyev – Turan Tovuz
18 noyabr
12:00. Monteneqro – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
20 noyabr
12:00. Azərbaycan – Bolqarıstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
23 noyabr
15:00. Moldova – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

