EN

Azərbaycan İslandiyaya qarşı - Start heyətlər

Bu gün Azəbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun komandası evdə İslandiya ilə qarşılaşacaq.

“Neftçi Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq. 

Komandamızın üzvlərindən Elvin Cəfərquliyev sözügedən görüşdə iştirak etməyəcək. O, yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılıb. Həmçinin, kapitan Emin Mahmudovun da oyunu buraxması ehtimalı var. 

Azərbaycan millisi Fernandu Santuşun baş məşqçilik etdiyi dövrdə - sentyabrın 5-də İslandiya yığmasına səfərdə 0:5 hesabı ilə uduzmuşdu. 

Millimiz daha əvvəl qrupakı oyunlarında Ukrayna ilə 1:1 hesablı heç-heçə edib, bu rəqibə 1:2 hesabı ilə uduzub və Fransaya 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər matçında Fransa Ukrayna ilə üz-üzə gələcək (saat 23:45). 

Hazırda D qrupunun turnir cədvəlində Fransa 10 xalla liderdir. Ukrayna 7 xalla 2-ci, İslandiya 4 xalla 3-cüdür. Aktivində 1 xal olan Azərbaycan yığması isə 4-cü - sonuncu pillədə qərarlaşır. 

Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək. 

DÇ-2026, seçmə mərhələ, 5-ci tur

13 noyabr

D qrupu

21:00. Azərbaycan - İslandiya

Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)

VAR: Momçilo Markoviç (Serbiya)

AVAR: Aleksandar Jivkoviç (Sebiya)

“Neftçi Arena”

***

DÇ-2026-nın seçmə mərhələsinin bu gün keçiriləcək Azərbaycan - İslandiya matçı üçün heyətlər müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, saat 21:00-da başlanacaq görüşə komandalar aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Rüfət Abbasov, Emin Mahmudov (k), Abdulla Xeybulayev, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə.

Ehtiyat heyət: Rza Cəfərov, Səlahət Ağayev, Rəhman Daşdəmirov, Səbuhi Abdullazadə, Renat Dadaşov, Bədavi Hüseynov, Coşqun Nuriyev, Rüfət Abdullazadə, Qismət Alıyev, Cəlal Hüseynov, Anatoli Nuriyev.

İslandiya: Oulaffson, Ellertssson, Qretarsson, İnqason, Pallson, Qvyudmyundsson, Youhanesson, Haraldsson (k), Qvyudmyundsson, Hlinsson, A.Qudyonsen.

Ehtiyat heyət: Valdimarsson, Eynarsson, Q.Tordarson, Totsteynsson, Villümsson, S.Tordarson, Qunnarsson, Baldürsson, Byarkason, D.Qudyonsen, Maqnusen.

Chosen
14
9
bakivaxti.az

10Sources