EN

Pərviz Şahbazov: "SOCAR-ın Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard dollara çatır"

Azərbaycan energetika naziri Pərviz Şahbazov Tbilisidə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Bu barədə nazir Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında yazıb.

Qeyd olunub ki, görüşdə strateji enerji tərəfdaşlığın prioritetləri və yeni layihələrin qarşılıqlı faydalı əsasda inkişafı müzakirə edilib.

“SOCAR-ın Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır. Bu ilin ilk 9 ayında ölkəyə 1,5 milyard kubmetr təbii qaz tədarük edilib, elektrik enerjisi ixracı isə 372 milyon kVt/saat olub”, - nazir əlavə edib.

Chosen
75
4
vergiler.az

9Sources